‘Suriyalı uşaqların fəryadı’ birinci oldu

Sabah Ankara CerModern Sənət Mərkəzində Anadolu Agentliyinin bu il ikinci dəfə təşkil etdiyi “İstanbul Rhoto Awards- 2016” müsabiqəsinin ilk sərgisi  açılacaq.

477336
‘Suriyalı uşaqların fəryadı’ birinci oldu

Sərgi mayın 1-dək  ziyarətçilərin üzünə açıq olacaq.

Yarışmada mükafat alan və finala vəsiqə qazanan fotoşəkillərin nümayiş olunacağı sərgidə ziyarətçilər 2015-ci ildə dünya ictimaiyyətində əks-səda  doğuran hadisələrin vizual xronikası ilə tanış olacaqlar.

Türk Hava Yollarının sponsorluğu, Baş Nazirliyi Tanıtma Fondunun dəstəyi ilə təşkil edilən “İstanbul Photo Awards 2016” yarışmasında suriyalı fotoqraf Abd Doumanynin "Suriyalı uşaqların fəryadı" başlıqlı fotoşəkli beynəlxalq münsiflər heyəti tərəfindən "İlin fotosu" mükafatına layiq görülüb.

Sergey Ponomaryovun “New York Times” üçün çəkdiyi "Qaçqınlar" adlı fotoşəkli və Santi Palaciosun “Getty Images” üçün çəkdiyi "Avropaya getmək üçün riskə atılan həyatlar" başlıqlı fotoşəkli isə "Ardıcıl xəbər" kateqoriyalarında birincilik mükafatının sahibi olub.

 

 

 

 

 



Әlaqәli Xәbәrlәr