Dubayda açılan turizm sərgisi

İstanbul Ticarət Palatası "There is only one İstanbul - Bir dənə İstanbul var" şüarı ilə təqdimat başladıb.

477679
Dubayda açılan turizm sərgisi

İstanbul Ticarət Palatası "There is only one İstanbul - Bir dənə İstanbul var" şüarı ilə təqdimat başladıb.

Dünya turizm sahəsinin önəmli sərgilərindən olan "Arabian Travel Market" sərgisi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Dubayda ziyarətçilərə öz qapılarını açıb.

İstanbul Ticarət Palatası Dubayda ilk dəfə olaraq 85 kvadratmetrlik əraziyə öz stendini açıb.

Sərgi mərkəzinin girişində və içindəki ərazidə reklam stendləri kirayə götürən İTP öz ziyarətçilərini "Bir dənə İstanbul var" şüarı ilə qarşılayıb.

İTP-nin verdiyi məlumata əsasən İstanbula bu ilin ilk 3 ayında cəmi 2 milyon 149 min turist gəlib. İstanbula gələn turistlərin 5-də biri orta şərqdən gələnlərdir.

85 ölkənin qatıldığı "Arabian Travel Market" sərgisi 4 gün ziyarətçiləri qəbul edəcək.



Әlaqәli Xәbәrlәr