“Gələcək nəsillər üçün yaşıl dünya”​

Təxminən 4 illik bir əməyin nəticəsi olaraq ortaya çıxan Türkiyənin ilk “Expo 2016 Antalya" sərgisi sabah qapılarını ziyarətçilərin üzünə açacaq.

475248
“Gələcək nəsillər üçün yaşıl dünya”​

Təxminən 4 illik bir əməyin nəticəsi olaraq ortaya çıxan Türkiyənin ilk “Expo 2016 Antalya" sərgisi sabah qapılarını ziyarətçilərin üzünə açacaq.

Fəlsəfəsi “Gələcək nəsillər üçün yaşıl dünya", şüarı “Çiçək və Uşaq", devizi isə "Gələcəyi yaşıllaşdırmaq" olan “Expo 2016- Antalya" sərgisi tənrtənəli mərasimlə açılacaq.

Olimpiadalar və Dünya kubokunun ardından ən böyük mərasim olaraq qəbul edilən Dünya Botanika Exposu 191 gün ərzində ziyarətçilərin üzünə açıq olacaq.

Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Əhməd Davudoğlu, dünya liderləri, nazirlər, səfirlər və minlərlə qonağın iştirakı ilə reallaşacaq rəsmi açılış mərasimində unudulmaz şou nümayiş etdiriləcək.

Milli və beynəlxalq konqreslər, yığıncaq və seminarlarla bərabər “Expo 2016 –Antaliya" da mədəni və bədii tədbirlər də təşkil olunacaq.

Türkiyə və xüsusilə Antalya üçün yaddaqalan olacaq tədbirdə iştirakçı ölkələrin bağ mədəniyyətlərinin tanıdılması ilə yanaşı Antaliyanın tarixi Hadrianus darvazasını simvolizə edən Expo Qülləsi, Türkiyənin ilk Əkinçilik və Biomüxtəliflik Muzeyi, 6 min 500 nəfər tutumlu Konqres Mərkəzi, 5 min və 800 nəfərlik iki ədəd amfiteatrı yer alacaq.

Bundan başqa, uşaqların əylənərək maariflənməsini təmin edən Uşaq Adası, uşaqlar üçün Elm və Texnologiya Mərkəzi, Expo Gölü, “Expo 2016- Antaliya" nın simvolik çiçəyi olan pion şəklində terras, Expo Hill, Expo Meşəsi, Expo Meydanı, Mədəniyyət və İncəsənət küçəsi, arxitektura mədəniyyətinin əks olunduğu restoranlar küçəsi də sərgi meydanında yer alacaq.

Beynəlxalq Sərgilər Bürosunun məlumatlarına görə, A-1 kateqoriyasındakı botanika Expoları içərisində iştirakçı sayına görə Osaka birinci olub. Osakada 1990-ci ildə təşkil edilən Expoya 78 ölkə qatılıb. Osakadan sonra “Expo 2016- Antalya" iştirakçı ölkə sayı baxımından ən yüksək rəqəmin reallaşdığı ölkə olub. İştirak üzrə müqavilə imzalayan ölkələrin sayı 51-ə çatıb.



Әlaqәli Xәbәrlәr