Conni Deppin həyat yoldaşı Avstraliyada qanun pozuntusuna yol verib

Amerikalı məhşur aktyor Conni Deppin həyat yoldaşı Amber Heard Avstraliyaya icazəsiz it gətirdiyi üçün günahkar bilinib.

473180
Conni Deppin həyat yoldaşı Avstraliyada qanun pozuntusuna yol verib

Amerikalı məhşur aktyor Conni Deppin həyat yoldaşı Amber Heard Avstraliyaya icazəsiz it gətirdiyi üçün günahkar bilinib.

Kvinslend əyalətinin Southport Sülh Məhkəməsi Amber Hearda həbs əvəzinə bir ay ərzində heç bir qayda pozuntusuna qarışmama cəzası verib.

Heard əgər bu vaxt ərzində qayda pozuntusuna yol versə 800 dollar cəza ödəyəcək.

Məhkəməyə həyat yoldaşı ilə gələn Amber hakimə əri ilə bərabər lentə aldığı "Avstraliyadan üzr istəyirik" videosunu təqdim edib.

Keçən il Avstraliyada "Karib dənizinin quldurları​" filminin çəkilişi zamanı həyat yoldaşını ziyarətə gələn Amber Heard ölkəyə "Terrier" cinsi itlərini qanunsuz gətirdiyi üçün haqqında cinayət işi açılmışdı.

Avstraliya sərhəd qoruma qanunları çərçəvəsində ölkəyə gətirilən heyvan xeyli miqdar pul və qida maddələri üçün əvvəlcədən form vasitəsilə sərhəd idarəsinə müraciət etmək lazımdır.



Әlaqәli Xәbәrlәr