ABŞ-da ilk dəfə "DC Türk Film Festivalı" keçirilir

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda ilk dəfə keçirilən "Vaşinqton DC Türk Film Festivalı" başladı.

469515
ABŞ-da ilk dəfə  "DC Türk Film Festivalı" keçirilir

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ilə Türkiyənin Vaşinqtondakı Səfirliyinin dəstəkləri ilə paytaxtdakı E Street Kinoteatrında keçirilən festivaldan əvvəl rəsmi qəbul təşkil olundu.

Rəsmi qəbula və ilk filmin nümayişinə Vaşinqtonda yaşayan Türklərlə yanaşı bir çox amerikalı da qatıldı.

Həftə sonuna qədər davam edəcək festival boyu "Sarmaşıq", "Sivas", "Basqın", "Limonad", "Nadir Həyat", "Qar Piratları", "Kalandar Soyuğu" və "Ərtoğrul 1890" adlı filmlər ödənişsiz və ingilis dilində alt yazılı olaraq nümayiş olunacaq.



Әlaqәli Xәbәrlәr