“Kitab Hǝdiyyǝ Günü”

17 apreldǝ sevdiklǝrinizǝ bir kitab hǝdiyyǝ edin.

466253
“Kitab Hǝdiyyǝ Günü”

17 apreldǝ sevdiklǝrinizǝ bir kitab hǝdiyyǝ edin.

Hǝr kǝsǝ Kitab Vǝqfi tǝrǝfindǝn kitab oxumağı sevdirmǝk vǝ yayğınlaşdırmaq mǝqsǝdilǝ elan edilǝn “Kitab Hǝdiyyǝ Günü” cari il aprelin 17-dǝ qeyd olunacaq.

Vǝqfin sǝdri Bülǝnd Şǝnvǝr “Mǝndǝn Sǝnǝ” şüarı ilǝ hǝyata keçirilǝcǝk “Kitab Hǝdiyyǝ Günü”nün tǝbliğatı mǝqsǝdilǝ keçirilǝn yığıncaqda çıxış edǝrǝk, layihǝni Türkiyǝ Nǝşriyyat Birliyi, yazıcılar vǝ sǝnǝtçilǝrin dǝstǝklǝdiyini söylǝyib.

Şǝnvǝr Kitab hǝdiyyǝ gününün hǝr il aprel ayının üçüncü bazar günün qeyd edilǝcǝyini bildirǝrǝk, cari ildǝki tǝdbirin aprelin 17-dǝ keçirilǝcǝyini qeyd edib.

“İldǝ bir dǝfǝ belǝ olsa insanların bir-birinǝ kitab hǝdiyyǝ etmǝsini istǝyirik. Birinci dǝfǝdir ki, dünyada belǝ bir tǝdbir keçirilir. Bunu edǝrkǝn, insanların xoşbǝxt olmasını vǝ kitab oxumağı sevdirmǝk üçün bir yaxşılıq etmǝlǝrini istǝdik. Hǝdiyyǝmiz o gün üçün bir gül olmasın, “gül hǝdiyyǝ edilǝn başqa günlǝr var” dedik. Dünyada sadǝcǝ hǝdiyyǝ etmǝklǝ ǝlaqǝli bir gün yoxdur. “Dünya Kitab Günü” var, amma o gündǝ yazıcılar, kitablar vǝ müǝllif hüquqlarından danışılır. Aprelin 17-dǝ mütlǝq birinǝ kitab hǝdiyyǝ edin.



Әlaqәli Xәbәrlәr