Vaşinqtonda 10 min nəfər Türkiyə üçün yürüş keçirəcək

Türk-Amerikan Milli İstiqamətləndirmə Komitəsinin keçən il türk bayraqları ilə Ağ Ev qarşısından start verdiyi və Türkiyənin Vaşinqton səfirliyində yekunlaşdırdığı yürüyüş bu il də həyata keçiriləcək.

465139
Vaşinqtonda 10 min nəfər Türkiyə üçün yürüş keçirəcək

Amerika Birləşmiş Ştatlarında yaşayan türk və müsəlman cəmiyyətinin üzvləri ermənilərin 1915-ci il hadisələrinə dair Türkiyə əleyhinə apardıqları qarayaxma kampaniyalarına qarşı bu il daha güclü həmrəylik nümayiş etdirərək aprelin 24-də paytaxt Vaşinqtonda 10 min nəfərin iştirak edəcəyi "sülh və həmrəylik" yürüşü təşkil edəcək.

Türk-Amerikan Milli İstiqamətləndirmə Komitəsinin keçən il türk bayraqları ilə Ağ Ev qarşısından start verdiyi və Türkiyənin Vaşinqton səfirliyində yekunlaşdırdığı yürüyüş bu il də həyata keçiriləcək.

ABŞ-dakı müsəlman cəmiyyəti və dərnəklərini bir araya gətirən komitənin qurucularından İbrahim Uyar əvvəlki il olduğu kimi bu il də paytaxt Vaşinqton, Nyu- York, Texas kimi ştatların əhəmiyyətli nöqtələrinə "Türkiyəyə dəstək oluruq" məzmunlu elanlar verəcəklərini bildirib.

ABŞ prezidenti Barak Obamaya və amerikalı dostlara sülh və həmrəylik məzmunlu mesajlarını bu il da xatırlatmaq istədiklərini dilə gətirən İbrahim Uyar "tariximizə, dövlətimizə, bayrağımıza hər zaman olduğu kimi sahib çıxmaq istəyirik. 1915 hadisələrinin siyasətə alət edilməsini istəmirik. Dövlət rəhbərlərinin də dediyi kimi istəyirik bunu tarixçilərə buraxsınlar" deyə bildirib.



Әlaqәli Xәbәrlәr