Nobel Sülh Mükafatına namizəd şəhər Kilisə xarici mətbuatın marağı getdikcə artır

Mətbuat nümayəndələri Kilisin təqdimatını etməklə həm də Suriya tərəfində yaşanana dramatik olayları dünyaya çatdırmağa çalışıblar.

464157
Nobel Sülh Mükafatına namizəd şəhər Kilisə xarici mətbuatın marağı getdikcə artır

Şəhər rəhbərliyi dünyanın öncül telekanalları və qəzetlərində Kilisin Nobelə namizədlik müddəti haqqında məlumatlar veriblər.

Kilis Bələdiyyəsinin başçısı Həsən Kara 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsi zamanı milyonlarla suriyalının ölkələrini tərk etmək məcburiyyətində qaldığını xatırladaraq kilislilərin bu müddətdə öz əhalilərinin sayından çox suriyalıya qucaq açdığını bildirib.

"Biz bu işi Nobel mükafatı almaq xatirinə etmədik. Nobel sülh mükafatı verilməsə belə biz bundan sonra insanlığımızı göstərməyə davam edəcəyik" deyən bələdiyyə başçısı bildirib. O həmçinin vurğulayıb ki, "amma Nobel Sülh Mükafatının Kilisə verilməsinin lazım olduğuna inanırıq".



Әlaqәli Xәbәrlәr