Makedoniyanın paytaxtı Skopye önəmli bir tədbirə ev sahibliyi edib

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Bəyaz Ay Dərnəyi tərəfindən "Əlil Uşaqların İnkişafı üçün müəllim yetişdirmə proqramı" mövzusunda təhsil seminarları təşkil olunub.

463975
Makedoniyanın paytaxtı Skopye önəmli bir tədbirə ev sahibliyi edib

5 günlük seminara fiziki qüsurlu uşaqlara təhsil verən məktəblərdən müəllim və əməkdaşlar, əlillərlə iş aparan dərnək nümayəndələri qatılıblar.

Mərasimə Türkiyənin Skopyedəki səfiri Ömür Şölendil, TİKA-nın Skopye üzrə koordinatoru Teoman Tiryaki, Makedoniya Türk qeyri-hökumət təşkilatları Dərnəyinin rəhbəri Tahsin İbrahim, Skopye Yunus Emre İnstitutunun rektoru i Mehmet Samsakçı mərasimdəki qonaqlar arasında yer alıblar.

Səfir Ömür Şölendil, seminarın əhəmiyyətinə toxunaraq fiziki qüsurlu uşaqların cəmiyyətə inteqrasiya olunmasının son dərəcə sevindirici olduğunu bildirib. TİKA-nın Skopye üzrə koordinatoru Tiryaki çıxışı zamanı proqramda 50 nəfərə təhsil verilməsi nəzərdə tutulduğu halda tələbat səbəbi ilə bu rəqəmin 100-ə qədər artırıldığını vurğulayıb.

Seminar iştirakçıları proqramın uzunmüddətli olacağına ümid etdiklərini söyləyiblər. Sonda seminar iştirakçılarına sertifikatlar verilib.



Әlaqәli Xәbәrlәr