“Middle East Now” Film Festivalı

5-10 aprel tarixlərində İtaliyanın Florensiya şəhərində təşkil ediləcək festival 6-cı dəfə kinosevərlərlə görüşəcək

462149
“Middle East Now” Film Festivalı

Bu il festivalda "retrospektiv" hissəsində Türkiyə rejissoru Yeşim Ustaoğlunun filmlərinə ayrılacaq.

Orta Şərq ilə Şimali Afrika kinosunun sayseçmə nümunələrinin təqdim ediləcəyi festivalda Ustaoğlunun 4 filmi göstəriləcək. Rejissorun 1992-ci ildə çəkdiyi qısametrajlı "Otel" filmilə yanaşı Berlində "Ən Yaxşı Avropa Film Mükafatı" və "Sülh Mükafatı", İstanbul Film Festivalında "Ən Yaxşı Film" və "Ən Yaxşı Rejissor" mükafatlarını qazanmış 1999-cu il istehsalı olan "Günəşə səfər" filmi də nümayiş olunacaq.

San Sebastian Film Festivalında Qızıl Stridya (Ən Yaxşı Film) və Gümüş Stridya (Ən Yaxşı Aktrisa) mükafatlarını alan, 2008-ci il istehsalı olan "Pandoranın qutusu" və Abu Dhabi, Split Mediterranean film festivallarında "Ən Yaxşı Film", Moskva, Tokio, Pune festivallarında isə "Ən Yaxşı Qadın Aktrisa" nominasiyaları üzrə mükafatlara layiq görülən "Araf" filmi də festivalda göstəriləcək.



Әlaqәli Xәbәrlәr