"İstanbulun Gözü" sənədli filmi

Dünyaca məhşur fotoqraf Ara Gülərin həyatından bəhs edən "İstanbulun Gözü" sənədli filmi Los Angeles və Mərakeş Beynəlxalq Film Festivalına dəvət edilib .

455664
"İstanbulun Gözü" sənədli filmi

Dünyaca məhşur fotoqraf Ara Gülərin həyatından bəhs edən "İstanbulun Gözü" sənədli filmi Los Angeles və Mərakeş Beynəlxalq Film Festivalına dəvət edilib .

Washington DC Müstəqil Film Festivalında bütün kateqoriyalarda "Ən Yaxşının, Yaxşısı" mükafatına layiq görülən "İstanbulun Gözü" Los Angelesdə təşkil olunan "Southeast European" film festivalı və Mərakeşdəki "Festival International de Cinema et Memoire Commune"-dən dəvət alıb.

"İstanbulun Gözü" Yunanıstanın Selanik şəhərində təşkil olunan "21-ci əsrin Təsviri" mövzulu Sənədli Film Festivalının xüsusi seçiminə haqq qazanaraq finala yüksəlmiş və filmin Avropa premyerasıda eyni yerdə keçirilmişdi.

Southeast European Film Festivalı 28 aprel - 5 may, "Festival International de Cinema et Memoire Commune" isə 4-9 may tarixləri arasında təşkil olunacaq.



Әlaqәli Xәbәrlәr