“Diriliş Ərtoğrul” üçün 60-dan çox ölkə müraciət edib

"23 apreldə Antalyada olacaq “Expo 2016" sərgisində indi etdiyimiz danışıqların nəticəsi bilinəcək, yəni müqavilələr imzalayacağıq", Ş.Göka

448832
“Diriliş Ərtoğrul” üçün 60-dan çox ölkə müraciət edib

TRT Baş direktoru Şenol Göka 60-dan çox ölkənin "Diriliş Ərtoğrul" serialının yayım haqqlarını istədikləri üçün müraciət etdiklərini bildirib.

“Anadolu Ajans"a məlumat verən Göka son zamanlar insanların TRT-nin bütün kanallarına marağının artdığını vurğulayaraq deyib: “TRT-nin bütün serial və proqramları ilk beşlikdə yer alır. Bu sırada “Diriliş Ərtoğrul" serialı mühüm yer tutur. Xaricdən də seriala tələblər artıb. Amma hələ imza atmamışıq. 23 apreldə Antalyada “Expo 2016" sərgisi olacaq. Orada 84 ölkənin yayım-media qurumlarının direktorları, idarə heyətlərinin üzvləri və bu işlərlə əlaqədar məsullar iştirak edəcək. İndi etdiyimiz danışıqların nəticəsi bu sərgidə bilinəcək, yəni müqavilələr imzalayacağıq. Bu günə qədər 60 ölkədən tələb gəlib. Sərgiyə qədər bunları dəyərləndirəcəyik."



Әlaqәli Xәbәrlәr