İslam Dünyasının 2016-cı il Turizm Paytaxtı Konya

"İslam Dünyasının 2016-cı ildǝ Turizm Paytaxtı Konya"da Böyükşəhər Bələdiyyəsin tǝşkilatçığı ilǝ "Beynəlxalq Miniatür Yarışması" keçiriləcək.

448225
İslam Dünyasının 2016-cı il Turizm Paytaxtı Konya

"İslam Dünyasının 2016-cı ildǝ Turizm Paytaxtı Konya"da Böyükşəhər Bələdiyyəsin tǝşkilatçığı ilǝ "Beynəlxalq Miniatür Yarışması" keçiriləcək.

Konya Böyükşəhər Bələdiyyə Başçısı Tahir Akyürǝk, Mövlana Mədəniyyət Mərkəzində təşkil edilən mətbuat konfransında ilk dəfə reallaşdırılan yarışmanın 30 sentyabr tarixinǝ qədər davam edəcəyini söyləyib.

Yarışma haqqında bələdiyyənin internet saytında Türkcǝ, Ərəbcə, İngiliscə və Farsca mǝlumatın yer aldığını vurğulayaqn Akyürǝk üç koteqoriya üzrǝ qiymətləndirmənin aparılacağını bildirib.

"Müsabiqədə iştirak edən əsərlər eyni zamanda Konyanın mədəni məkanlarında nümayiş olunacaq və şǝhǝrimiz yeni əsərlərə şahidlik edǝcǝk. Mǝhz bir çox layihǝlǝrǝ 2016-cı il İslam Dünyası Turizm Paytaxtı layihəsi çərçivəsində start verəcəyik. Yarışmada xəttatlıq sǝnǝtinǝ ayələr təyin etdik, miniatürlük sahəsində isə Həzrəti Mövlananın əsərlərini, xüsusilə Mǝsnǝvi hekayələrinin izah edilməsini istəyirik. Bu Konya mədəniyyətinǝ inteqrasiya olunmuş əsərlərin ortaya çıxmasına şǝrait yaradacaq"-deyǝ Bǝlǝdiyyǝ başçısı vurğulayıb.



Әlaqәli Xәbәrlәr