6 yaşlı Azərbaycanlı qız film çəkdi

Azərbaycan ondan danışır

448292
6 yaşlı Azərbaycanlı qız film çəkdi

Paytaxt Bakının sakini, 6 yaşlı Mələk Bağıyeva öz istedadı ilə hamını heyrətləndirib. Bülbül adına orta ixtisas məktəbində oxuyan balaca Mələk artıq rejissor kimi tanınır. Onun rejissorluğu ilə çəkilmiş sosial yönümlü film “24 kadr” qısametrajlı film festivalında “Ən gənc rejissor” diplomuna layiq görülüb.

Çəkdiyi və əsas qəhrəman rolunu oynadığı filmində böyüklərə mesaj verən kiçik rejissor həm də bir neçə bədii filmdə epizodik rollarda çəkilib. Amma onun ən çox sevdiyi sahə bəstəkarlıqdır. Bu sahədə də istedadlı olan Mələyin 2 musiqi əsəri belə işiq üzü görüb.



Әlaqәli Xәbәrlәr