“Power Rangers” əfsanəsi yeni filmi ilə geri qayıdır!

1993-cü ildə Amerikada yayımlanan elmi-fantastika TV serialı “Power Rangers” film olaraq geri qayıdır.

446708
“Power Rangers” əfsanəsi yeni filmi ilə geri qayıdır!

1993-cü ildə Amerikada yayımlanan elmi-fantastika TV serialı “Power Rangers” film olaraq geri qayıdır.

Bir zamanlar Azərbaycan Televiziyalarında da yayımlanan Power Rangers serialı tamaşaçılar tərəfindən çox sevilmişdi. Əsasən az yaşlı uşaqların baxdığı bu əfsanəvi serialda yadplanetlilərə qarşı döyüşən 6 gəncdən bəhs edilir. 6 gənc dünyanı ələ keçirməyə çalışan yadplanetlilərlə “zord” adlanan nəhəng robotu idarə edərək döyüşürlər. Serialın adındakı “ranger” əsgər, qoruyucu mənasında işlədilir. Əslən yaponya istehsalı olan bu serial Amerika tərəfindən dəyişdirilərək yenidən səhnələnmişdi. TV serial o qədər sevilirdi ki, baş rollar dəfələrlə dəyişsə belə öz populyarlığını itirmirdi. 23 sezon ekranlarda olan əfsanəvi serialın yeni filmi 2017-ci ilin ǝvvǝlindǝ yayımlanacaq.

Filmin sponsoru “The Day After Tomorrow, The Hunger Games, Now You See Me” və “The Expendables” filmlərinin istehsalçısı olan “Lionsgate” şirkətidir. Power Rangers yeni filmində qırmızı əsgəri Dakre Montgomery, Mavi əsgəri RJ Cyler, Çəhrayı əsgəri Naomi Scott, Sarı əsgəri Becky G, Qara əsgəri isə Ludi Lin canlandıracaq. Yeni filmin çəkilməsi bir çox ölkədə serialın sevənləri tərəfindən böyük həyəcanla qarşılanıb.



Әlaqәli Xәbәrlәr