Kapadokyanın hava şarları keçən il yarım milyon turisti uçurdu

“Pəri bacaları" və təbii gözəllikləri havadan seyr etmək

446792
Kapadokyanın hava şarları keçən il yarım milyon turisti uçurdu

Dünyanın ən gözəl hava şarı mərkəzlərindən biri Kapadokyadadır ki, orta hesabla hər 3 turistdən biri ondan istifadə edir.

Hava şərtlərinin uyğun olduğu səhər saatlarında Göreme diyarından havaya qalxan şarlar Erciyes və Hasandağından fışqıran lavaların meydana gətirdiyi “pəri bacaları" və təbii gözəllikləri havadan seyr etmək imkanı verir.

Göreme Bələdiyyə sədri Nuri Cingil bildirib ki, “Kapadokyada hava şərtlərinin uyğun olduğu zamanlarda hava şarları ilə ildə orta hesabla 300 gün uçuş həyata keçirilir. Amm turizm mövsümündə bəzi günlər elə sıxlıq olur ki, 150 hava şarı göylərdə cövlan edir."



Әlaqәli Xәbәrlәr