Tarkandan “Əhdə vəfa”

Tarkanın yeni albomu

444420
Tarkandan “Əhdə vəfa”

Müğənni və bəstəkar Tarkanın yeni albomu "Əhdə vəfa" 11 martda sənətsevərlərinin görüşünə gələcək.

Albom işlərini tamamlayan Tarkanın klassik türk sənət albomu musiqi marketlərilə yanaşı internet üzərindən yükləmə ilə də satılacaq.

Türkiyə xalq-sənət musiqisində özünəməxsus yerini qoruyan Tarkan bu səviyyəyə gəlib çıxmasında, mahnı yaradıcılığında klassik türk sənət musiqisinin xüsusi əhəmiyyətini vurğulayaraq və üzünü dinləyicilərinə tutaraq deyib: "Məndən uzun illərdir gözlənilən klassik türk sənət musiqisi albomumu sizinlə paylaşacağım üçün şirin təlaş və həyəcan içindəyəm. Məni bu musiqi aləmi ilə tanış edən, ürəyimi bu eşqlə dolduran bütün klassik türk sənət musiqisi sənətkarlarına sonsuz təşəkkürlərimi bildirməyi özümə borc hesab edirəm. Bu albom sizin təsir və istəklərinizlə dünyaya gəldi. İstərdim ki, “Əhdə vəfa" sizin duyğulu zamanlarınızın nəbzi olsun, içinizdəki quru buludları dağıtsın, ürəyinizi eşqlə doldursun".



Әlaqәli Xәbәrlәr