“TRT Akademi” jurnalının ilk sayı çıxdı

Jurnalda tanınmış yerli və xarici, o cümlədən, beynəlxalq əlaqələr sahəsində çalışan alimlərin məqalələrinə geniş yer veriləcək.

430962
“TRT Akademi” jurnalının ilk sayı çıxdı

Türkiyə radio və televiziya kanalları arasında öndə gedən rolunu qoruyan TRT görüntü və eşitmə yayımcılığı ilə yanaşı, çap yayınçılığı ilə də tanınır. Bu sahədə TRT son olaraq Türkiyənin akademik işgüzarlığına öz bünyəsi içərisində yeni sahə açmaq niyyəti ilə beynəlxalq hədəfləri olan, elmi redaksiya heyətli ədəbi-elmi-publisitik bir jurnal ortaya çıxarıb.

TRT bu işlə ədəbiyyat, elm və publisistikaya işıqlı yol açır, konkret strategiya və təkliflər təqdim edir. Jurnal, eyni zamanda, TRT yayımına da elmi proqramlar yaratmaq üçün zəmin hazırlayır.

TRT ilə akademik aləm arasında bir körpü rolunu oynayacaq “TRT Akademi" TRT-nin xarici elm dünyası ilə yaxınlaşmasına imkan yaradacaq. Jurnalda Türkiyə türkcəsindən başqa ingilis dilində də məqalələr çap olunacaq. Türkiyənin ayrı-ayrı universitetlərindən geniş tərkibli elmi redaksiya heyətinə malik jurnalın akademik indeksi beynəlxalq arenada tanınmaq məqsədidir. Jurnalda tanınmış yerli və xarici, o cümlədən, beynəlxalq əlaqələr sahəsində çalışan alimlərin məqalələrinə geniş yer veriləcək.

TRT Təhsil Bölümü rəhbərliyi tərəfindən hazırlanan, professor M.Bilal Arıkın redaktorluğu ilə yayınlanan “TRT Akademi" jurnalının 2016 yanvar ayında çıxan ilk sayında "Əyləncə sənayesi" mövzusu da işlənilib. İlk sayda elmi məqalələrlə yanaşı, təhsil və media dünyasının tanınmış simaları ilə aparılan müsahibələr, kitab tənqidləri və analizlər də yer alır. Pulsuz əldə etməyə çalışan oxucu jurnalı internet vasitəsilə də oxuya bilər.

“TRT Akademi" jurnalı ildə iki dəfə dərc ediləcək. Jurnalın 2016-cı ilin iyul ayında çıxacaq 2-ci sayında əsas mövzu rəqəmsal media olacaq. Bu ana başlıq altında "Rəqəmsal media və hüquq", "Sosial şəbəkə və internet inqilabları", "Rəqəmsal mədəniyyət və virtual insan", "Rəqəmsal marketinq", "İnteraktiv yayım", "Rəqəmsal media və fərdi azadlıq", "Rəqəmsal reklamçılıq ", "Rəqəmsal diplomatiya" mövzuları əks ediləcək.

Qeyd edək ki, “TRT Akademi" jurnalının 2-ci sayı üçün son məqalə göndərmə tarixi 15 mart 2016-cı ildir.



Әlaqәli Xәbәrlәr