İki qardaş ölkǝnin milli kitabxanaları arasındakı ǝlaqǝlǝr güclǝ

Milli Kitabxanada Azǝrbaycanla bağlı guşə yaradılacaq.

413164
İki qardaş ölkǝnin milli kitabxanaları arasındakı ǝlaqǝlǝr güclǝ

Paytaxt Ankarada, Milli Kitabxananın direktoru Zülfi Toman Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirovun rəhbərlik etdiyi nümayəndə heyəti ilǝ görüşüb.
Görüşdə Milli Kitabxanada Azǝrbaycanla bağlı guşənin yaradılması və Azərbaycan Milli Kitabxanasının elektron resurslarının virtual oxu zalının açılması məsələləri müzakirə olunub.
Qeyd edilib ki, bu guşənin 2016-cı ilin birinci yarısında təntənəli açılış mərasiminin təşkili planlaşdırılır.
Guşədə, Azərbaycan həqiqətlərini özündə əks etdirən kitablar nümayiş olunacaq. Burada fəaliyyət göstərəcək virtual oxu zalında bir neçə bilgisayar vasitəsilə Azərbaycan Milli Kitabxanasının lokal şəbəkəsində yerləşdirilən, internetə çıxışı olmayan kitablar türkiyəli oxucuların, bu ölkədə yaşayan həmyerlilərin, eləcə də tədqiqatçıların ixtiyarına veriləcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr