Türkan Şorayın Azǝrbaycana sǝfǝrinin tarixi dǝyişib

Aktrisa Bakıya dekabrın 9-da sǝfǝr edǝcǝk.

368495
Türkan Şorayın Azǝrbaycana sǝfǝrinin tarixi dǝyişib

Məşhur aktrisası Türkan Şorayın Azərbaycana sǝfǝrinin tarixi dəyişdirilib. Aktrisa Bakıya dekabrın 9-da sǝfǝr edǝcǝk.
Buna baxmayaraq, onun rejissoru olduğu "Uzaklarda arama" filmi sabahdan etibarən Nizami Kino Mərkəzində nümayiş etdiriləcək. Filmin qala gecəsi isə Türkan Şorayın iştirakı ilə baş tutacaq.
Nizami Kino Mərkəzində keçiriləcək qala gecəsinə Türkiyədən 6 nəfər qatılacaq.
Filmin rejissoru Türkan Şoray, baş rolun ifaçısı isə qızı Yağmur Ünaldır. Filmdə Sevda Erginci, Mehtap Bayrı, Mustafa Uğurlu, Serkan Şenalp, Kaan Urgancıoğlu, Ekin Türkmen, Sema Keçik və başqaları çəkilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr