" Gözəl və Çirkin" Ankarada səhnəyə çıxacaq

Broadway tarixinin ən uzun səkkizinci müzikli "Gözəl və Çirkin" (Beauty and the Beast) dünya turu çərçivəsində ilk olaraq Türkiyənin paytaxtı Ankarada sahnəyə çıxacaq.

421025
" Gözəl və Çirkin" Ankarada səhnəyə çıxacaq

Müzikl möhtəşəm quruluşu, heyranedici səhnələri, qeyri-adi kostyumları və usta sənətkarlardan ibarət truppası ilə  26-29 noyabr tarixlərində ankaralılarla görüşəcək.

İngilis dilində təqdim olunacaq müzikl Ankaraya gələn ilk Disney Broadway tamaşası olacaq.

Fanatlarına vizual bir təntənə yaşadacaq müzikldə 580 ədəd kostyum, 81 parik istifadə edilir.

Mövzusunu 1991-ci ildə çəkilən Oskar mükafatlı animasiya filmindən alan "Gözəl və Çirkin" Broadwayin ilk və ən uğurlu Disney filmi olaraq tarixə keçib.

Müzikllərin ən nüfuzlu mükafatı olan Toni Mükafatlarına 9 dəfə namizəd göstərilən "Gözəl və Çirkin", eyni zamanda, ən yaxşı müzikl janrında "Olivier Mükafatı"nın da sahibidir.

"Gözəl və Çirkin" müzikli Türkiyədəki heyranları ilə  20-ci ildönnümü ilə əlaqədar xüsusi turu çərçivəsində ilk dəfə keçən il İstanbulda görüşmüş və böyük rəğbət qazanmışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr