Mersində keçirilən 1-ci beynəlxalq turizm sammiti başa çatıb

Sammitdə 25 ölkədən 50 bələdiyyə təmsilçiləri iştirak edib.

417058
Mersində keçirilən 1-ci beynəlxalq turizm sammiti başa çatıb

Mersində təşkil olunan 1-ci beynəlxalq qardaşlaşmış şəhərlər turizm sammitində 25 ölkədən 50 bələdiyyə təmsilçiləri iştirak edib.
Mersin Böyükşəhər bələdiyyə başçısı Burhaneddin Kocamaz deyib ki, tədbirin keçirilməsi birlik və bərabərliyimizin möhkəmlənməsi baxımından olduqca vacibdir.
Almaniyanın Berlin əyalətinin keçmiş baş naziri Klaus Uovereit ”İyirmidən artıq bələdiyyə başçısı qardaşlaşmış şəhərlərin işbirliyini dəstəkləmək üçün bura gəlibsə, bu, uğurlu bir addım hesab oluna, gələcəyimiz bunun üzərində qurula bilər” deyə vurğulayıb.
Toplantıda dünyada turizm sahəsində baş verənlər, ən son yeniliklər müzakirə olunub.
Sonda dünya qardaşlaşmış şəhərlər birliyinin başçısı vəzifəsinə Mersin Böyükşəhər bələdiyyə başçısı Burhaneddin Kocamaz seçilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr