THY İstanbulu tanıtmaq üçün yeni layihə hazırlayıb

365741
THY İstanbulu tanıtmaq üçün yeni layihə hazırlayıb

p şirkəti İstanbulu ən gözəl formada tanıtmaq üçün ingilis rejissor Rob Whitwortha film sifariş edib.
Bu barədə THY-nin mətbuat departamentindən bildirilib. İstanbulun dünyanın mərkəzi olduğu nümayiş olunan videoda möhtəşəm vizual görüntülər əks olunur.
Videoda İstanbulun bir-birindən fərqli, bənzərsiz tarixi, mədəni və sosial tərəfləri, dünya turistlərinin diqqətinə çatdırılır.
İstanbulun qədim tarixə malik olması ən müasir və son texnologiyalarla çəkilən videoda əks olunur. Beləcə bu film dünyada Türkiyəyə maraq oyadacaq, turistlərin İstanbula səfər etməsinə şərait yaradacaq.
Şəhərin ən gözəl mənzərələrini təsvir edən Rob Whitworthun işi izləyənlərə sonu heyranlıqla bitən bir İstanbul təqdim edir.
Şəhərlər haqqında videolar çəkilişi ilə məşhurlaşan professional, bu sahədə son texnologiyalar və montajdan istifadə edən rejossor Barselona və Dubay kimi ölkələrdən də film hazırlayıb. Rob Whitworth dünyanın məşhur film festivallarında da bir çox mükafata layiq görülüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr