Türkiyəlilər 2014-cü ildə opera və baletə üstünlük verdilər

Türkiyədə səhnə incəsənətinin statistikası aparıldı.

361972
Türkiyəlilər 2014-cü ildə opera və baletə üstünlük verdilər

Türkiyə Statistika Qurumu (TÜİK) 2014-ci ilə aid "Opera, Balet, Orkestr, Xor və Ansambl Statistikasını" açıqladı.

Türkiyədə 2013-2014-cü il mövsümündə əvvəlki mövsümə görə opera və balet zallarının sayı 25% artaraq 15-ə, opera və balet zallarında kreslo sayı isə 51,8 % artımla 10 min 288-ə yüksəldi.

Eyni dövrdə opera və balet tamaşaçının sayı 6,7 % artaraq 400 min 420 oldu.

Orkestr tamaşaçılarının sayı isə 7,5% azalaraq 141 min 393 oldu.

Xor Kapellası konsertlərinin tamaşaçı sayı da 30,4 faiz geriləyərək 69 min 250-ə endi.

Ansamblların tamaşaçı sayı isə 10,3% azalaraq 205 min 510-a düşdü.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr