TRT "Radyovizyon" jurnalının 20-ci sayı oxucuları ilə görüşür

Oxucular “Radyovizyon”un 20-ci sayını türk və ingilis dillərində www.trtradyovizyondergisi.com ünvanından da oxuya bilərlər.

396995
TRT "Radyovizyon" jurnalının 20-ci sayı oxucuları ilə görüşür

  TRT Xarici Yayımlar Bölümü Radio və Xarici Əlaqələr İdarəsinin rəhbərliyi ilə türk və ingilis dillərində dərc olunan jurnalda "Asiya və Sakit Okean ölkələrində radionun rolu" mövzusu işıqlandırılıb.

  TRT-nin Baş direktoru Şenol Göka "Radio duygusaldır" başlıqlı yazısında Asiya - Sakit Okean Yayım Birliyinə (ABU) üzv olan ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb: "TRT üzvü olduğu bütün beynəlxalq təşkilatlarla əldə etdiyi əhəmiyyətli təcrübələri qardaş coğrafyamızda da ekran qurumlarıyla paylaşmağa davam edəcək".

  Asiya - Sakit Okean Yayım Birliyinin Baş katibi Cavad Mottaqhi Birliyin 52-ci Ümumi İclasının İstanbulda edilməsinin əhəmiyyətinə toxunaraq deyib: "Builki Baş Assambleya 2020-ci ilə qədər davam edən hərəkət planının gücləndirilməsində mühüm bir platforma olacaq".

  Jurnaldakı yazısında təşkilatın beynəlxalq və regional yayım birliklərilə əlaqələrini qiymətləndirən TRT Xarici Əlaqələr İdarəsinin rəhbəri Çağlan Tankur Yörümez də bu baxımdan bütün dünyanın ictimai radio-televiziyalarına həmrəylik çağırışı edib.

  TRT Xarici Yayımlar Bölümünün sədr yardımçısı Mümtaz Dizdarlar da öz növbəsində Asiya - Sakit Okean Yayım Birliyinin 52-ci Baş Assambleyasına qatılan xariciləri məlumatlandırmaq məqsədiylə "TRT-nin dünəni və bu günü" adlı yazı dərc edib.

  Dünyanın ən böyük yayım birliklərindən biri olan Asiya - Sakit Okean Yayım Birliyi öz ətrafında 68 ölkə və muxtar bölgənin 275-i keçən üzvünü birləşdirir ki, bu da dünya əhalisinin 60 faizi deməkdir.

  Qeyd edək ki, 50 yaşını geridə buraxan Birliyin 52-ci Baş Assambleyası 24-31 oktyabr tarixlərində İstanbulda olacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr