"Osmanlıda hərəm"dən ilhamlanaraq güpür və krujevadan patlarlar

Modanın ürəyinin döyündüyü yerlərdən biri olan Fransanın paytaxtı Parisdə Moda həftəsi çərçivəsində türk stilist İlgin Utinin kolleksiyası da nümayiş olunub.

389070
"Osmanlıda hərəm"dən ilhamlanaraq güpür və krujevadan patlarlar

  Burada türkiyəli saksafonçu İlhan Erşahin və kontrabasda Gaspar Claus və Collin Johnco da canlı musiqi performansı ilə çıxış ediblər.

  Utin ilk fərdi nümayişində, yaz və yay kolleksiyasında "Osmanlıda hərəm" mövzusundan ilhamlanaraq İstanbul Kapalı Çarşısında əllə işlənən təbii parçalar və krujevalardan paltarlar göstərib.

  Dəfilədəki dizayn ümumilikdə güpür və ipəkdən hazırlanmış səyahət və gecə geyimlərindən ibarət olub.

  Qeyd edək ki, incəsənət təhsilini Türkiyədə və İtaliyanın Milano şəhərindəki Naba İncəsənət Akademiyasında alan İlgin Utin Nyu Yorkda yaşayır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr