X Beynəlxalq Böyük Türk dili Qurultayı

Qurultay Bosniya Herseqovinanın paytaxtı Sarayevoda keçirilib.

385507
X Beynəlxalq Böyük Türk dili Qurultayı

  X Beynəlxalq Böyük Türk dili Qurultayı Bilkent Universiteti, Sarayevo Universiteti, Yunus Emre İnstitutu və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu tərəfindən ortaq şəkildə təşkil olunub.

  Ümumtürk dilinin əsil zənginliyini meydana çıxarmaq, onu dünya dilləri arasında dəyərində olan yüksəkliyə çatdırmaq, türkcəylə bağlı tərəqqini bölüşmək, yeni təsbitləri müzakirə etmək məqsədi ilə təşkil olunan qurultayda Türkiyə, Bosniya Herseqovina, Azərbaycan, Estoniya, İran, Qazaxıstan, Makedoniya və Polşadan olan türkoloqlar iştirak edir.

  Türkiyənin Sarayevo üzrə səfiri Cihad Erginay qurultayda çıxışı zamanı dilin siyasi, mədəni və iqtisadi dünyanı anlamaqda başlıca rolunu qeyd edərək, dil zənginliyinin bu sahələrdəki uğurlara da təsir etdiyini söyləyib.

  Türkiyə türkcəsinin Bosniya Herseqovina məktəblərində ikinci xarici dil kimi keçildiyinə işarə edən Erginay Bosniya ilə türkcənin 8 mindən çox ortaq sözü olduğunu, bundan başqa, Türkiyədə yaşayan 2 milyondan çox Bosniya Herseqovina mənşəli vətəndaşların iki mədəniyyət arasında körpü rolunu dilə gətirib.

  Yunus Emre İnstitutu Sarayevo Türk Mədəniyyət Mərkəzinin müdiri Mehmet Akif Yaman dünya üzrə 10 mindən çox gəncin Universitet bünyəsindəki mərkəzlərdə türkcə öyrəndiyini qeyd edərək türk dilinə marağın günbəgün artdığını söyləyib.

  Bilkent Universitetinin müəllimi, professor Rasim Özyürek dilin müxtəlif millətlər arasında vasitəçi rolundan danışaraq türk dilini xarici dil təsirlərindən qorumağı məqsəd qoyduqlarını bildirib.

  Sarayevo Universiteti Filologiya fakültəsinin dekanı professor Saleh Foco türk dilinin Bosniya Herseqovinada əsrlərdir sürən varlığını söyləyərək filologiya fakültəsində açılan Türk Dili və Ədəbiyyatı bölümündən bəhs edib və deyib: "Avropa dilləri bizə daha yaxın olsa da, türk dili dillərimizdən birinə çevrilib".


Etiketlәr:

Әlaqәli Xәbәrlәr