ABŞ Üzeyir Hacıbəyli və Rəşid Behbudov poçt markaları buraxdı

Azərbaycan klassik musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin 130, vokal sənətimizin əvəzsiz təmsilçisi Rəşid Behbudovun isə 100 illik yubileyi ilə əlaqədar ABŞ-da xüsusi poçt markaları buraxılıb.

389557
ABŞ Üzeyir Hacıbəyli və Rəşid Behbudov poçt markaları buraxdı

   

  Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, markaların buraxılması konsulluğunun təşəbbüsü və dəstəyi ilə baş tutub.

  ABŞ-n Federal Poçt Xidməti tərəfindən təsdiq olunmuş və bütün ölkə ərazisində istifadə gücünə malik poçt markalarının üzərində hər iki musiqi xadiminin şəkillərinin müşayiəti ilə “Üzeyir Hacıbəyli (1885-1948): Azərbaycan klassik musiqisinin banisi, 130 il” və “Rəşid Behbudov (1915-1989): Əfsanəvi Azərbaycan müğənnisi, 100 il” sözləri yazılıb. U.Hacıbəyliyə həsr olunmuş markanın üzərində dahi bəstəkarın “Koroğlu” operasından notlar yerləşdirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr