"Türk pasportu" filmi Yohannesburqda

Cənubi Afrika Respublikasının Yohannesburq bölgəsində “Türk pasportu” adlı filmin nümayişi edilib.

375725
"Türk pasportu" filmi Yohannesburqda


 Türkiyənin Pretoria səfirliyi tərəfindən “Ditsong” Milli Hərbi Tarix Muzeyində təşkil edilən proqrama, səfir Kaan Esener və İsrailin Pretoria səfiri Artur Lenk və çox sayda diplomat və qonaqlar iştirak edib. Çıxışı zamanı səfir Esener “Bu Türk diplomatları üçün adi hərəkət, vəzifələrinin bir hissəsi idi. Özlərini bir qəhrəman olaraq düşünmürdülər. Bunlar tarixin gerçəkləridir. Bu gün də Türkiyə yenə ən çox qaçqın qəbul edən, üzərinə məsuliyyət götürən ölkədir. Dünyanın digər ölkələrindən də qaçqınlara əl uzatmalarını, gözləyirik” deyə bildirib. Burak Arlıelin rejissoru olduğu 2011-ci ilin sənədli filmi İkinci Dünya Müharibəsində Avropa ölkələrində vəzifə icra edən 19 Türk diplomatın, soyqırım təhdidi altındakı min 900 Yəhudini xilas etməsindən danışır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr