Özbǝkistanın Müstǝqillik Günü qeyd olunub

Özbǝkistanın Müstǝqillik Günü paytaxt Ankarada da qeyd olunub.

374315
Özbǝkistanın Müstǝqillik Günü qeyd olunub

Özbǝkistanın Müstǝqillik Günü paytaxt Ankarada da qeyd olunub.
Ankarada Özbəkistanın milli bayramı – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub.
Mədəniyyət və Turizm naziri Yalçın Topçunun da qatıldığı mərasimdə Türkiyə rəsmiləri, Ankarada fəaliyyət göstərən diplomatik nümayǝndǝlǝr və beynəlxalq təşkilatların təmsilçiləri, o cümlədən Azərbaycan Cümhuriyyǝtinin Türkiyədəki Səfirliyinin əməkdaşları, Türkiyǝdǝ yaşayan, işləyən və təhsil alan özbəklər iştirak ediblər.
Əvvəlcə Özbəkistan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Sonra Özbəkistanın Ankaradakı səfiri Ulfat Kadırov və Türkiyənin mədəniyyət və turizm naziri Yalçın Topçu çıxış ediblər. Çıxışlarda Özbəkistanla Türkiyə arasındakı dostluq münasibətlərinin əhəmiyyətindən bəhs olunub.
Mərasim geniş konsert proqramı və ziyafətlə davam edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr