15-ci Frankfurt Türk Film Festivalı

Festivalda “Qızıl Alma” mükafatları sahibləri də öz sahiblərini tapacaq

342529
15-ci Frankfurt Türk Film Festivalı

15-ci Frankfurt Türk Film Festivalı, 2-9 oktyabr tarixləri arasında təşkil ediləcək. Festivala baş rollarını Ezgi Mola və Murat İldırımın oynadığı “Kocan Kadar Konuş” filmi ilə açılış ediləcək. Tədbirdə 30-a yaxın film nümayiş ediləcək. Festival çərçivəsində danışıqlar, sərgilər, konsertlər və universitetlər arası qısa və uzun metrajlı film yarışması kimi tədbirlər də keçiriləcək. Yunanıstan və Azərbaycanın qonaq ölkə olduğu bu ilki festivalda, Türk və Türk Alman ortaq istehsalı filmləri ilə bərabər “Avropa Film Forumu” çərçivəsində bir çox Avropa filmi də nümayiş etdiriləcək. Festivalda 7 naminasiyada verilən “Qızıl Alma” mükafatları da sahiblərini tapacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr