‘‘Amy’’ filmi rekorda imza atıb

Müğənni Amy Winehousa həsr olunmuş ‘‘Amy’’ sənədli filmi ilk həftədən gəlir rekordu qırıb.

342133
‘‘Amy’’  filmi rekorda imza atıb

Belə ki, “Amy” İngiltərədə bu günə kimi yayımlanan sənədli filmlər içərisində ən çox gəlir əldə etdiyinə görə birinci, dünyada isə ikinci yerə yüksəlib. Film sentyabrın 25-də Türkiyədə kinoteatlarda olacaq.
Sənədli film 1998-ci ildə 14 yaşındakı Amynin Londondakı bir evdə rəfiqəsi Juliette Ashby ilə birgə yoldaşlarının ad günündə mahnı oxuduqları bir video-çarx ilə başlayır.
Qeyd edək ki, sənədli film daha sonra müğənninin uşaqlıq dövründən ölümünə qədər yaşadığı həyatı, musiqi karyerası, pis əlaqələri və bulimia xəstəliyindən bəhs edir.
Filmdə , Winehousun daha əvvəl heç dünya işığına çıxmamış fotoşəkilləri, videoları və ekranlaşdırılmamış mahnıları da yer alır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr