Quldur şəhəri yerin altından üzünə çıxarılır

Coğrafi mövqeyi və dənizlə əlaqəsinə görə Antalyanın Qazipaşa qəsəbəsindəki Antiocheia ad Cragum antik şəhəri qazıntı işləriylə əvvəlki əzəmətinə qayıdır.

372380
Quldur şəhəri yerin altından üzünə çıxarılır

  Romanın son dövr hərbi-siyasi lideri Pompeius Magnus tərəfindən quldurların əlindən alınan şəhər aparılan qazıntı işləriylə ayağa qaldırılır.

  Arxeoloji qazıntı işləri qrupunun koordinatoru, Uşak Universitetinin Fən-Ədəbiyyat və Arxeologiya fakültəsinin müəllimi, dosent Birol Can deyir ki, “Roma hakimiyyətindən əvvəl quldur şəhəri kimi tanınan antik şəhərdəki qazıntı işlərində bu günə qədər 600 kvadrat metrlik mozaika, hamam qalıqları, məclis binası, 2000-2500 illik gəmi lövbəri, zəmini mozaika örtülü kiçik məbəd və mifoloji varlıq Medusanın başını gün üzünə çıxarılıb”.

  Qeyd edək ki, mifologiyada Medusa üç qardaş olan Qorqonlardan (Gorgon) ölümlü olanıdır. Antik çağ insanının xəyal gücünün məhsulu olan Medusa ilan saçlı, tunc əlli, qızıl qanadlı, ona baxanı baxışlarıyla daşa çevirən, hər kəsə qorxu saçan fantastik, mifoloji bir obrazıdır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr