"Məhəmməd" filmi yaxında vizionda olacaq

İranlı rejissor və ssenarist Məcid Məcidinin Məhəmməd peyğəmbər haqqında çəkdiyi "Məhəmməd" filminin avqustun 27-dən sentyabrın 7-dək keçiriləcək 36-cı Monreal Dünya Film Festivalında premyerası olacaq.

326080
"Məhəmməd" filmi yaxında vizionda olacaq

Festivala açılış filmi kimi seçilən bu ekran əsəri dünya kinosevərlərinin marağını Monreala yönəldib. Peyğəmbərin uşaqlıq həyatından bəhs edən film iranlı və türk kino mütəxəssisləri tərəfindən ekranlaşdırılıb. Filmin ümumi büdcəsi 30 milyon dollar hesablanıb.
Türkiyəli yazıçı İhsan Kabil filmdə bəzi yerlərdə animasiya və aksiyan səhnələrdən istifadə edildiyini bildirir. Filmdə peyğəmbərin yalnız arxadan çəkildiyini söyləyən yazıçı, gecə və gündüz səhnələrində Məkkə şəhərinin yer aldığını vurğulayıb.
Qeyd edək ki, filmin rejissoru Məcid Məcidi çəkdiyi bir sıra ekran əsərlərinə görə beynəlxalq festivalların laureatı olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr