"Son məktub" filmi ayaqda alqışlanıb
Türkiyə tarixinin şanlı səhifələrindən olan Çanaqqala zəfəri ilə bağlı çəkilən "Son məktub" filmi Qüds şəhərində nümayiş olunub.
312768

Türkiyənin Qüdsdəki baş konsulluğunun mədəniyyət mərkəzinin dəstəyi ilə nümayiş olunan film böyük maraqla qarşılanıb.
Bundan əvvəl Ramallah şəhərində nümayiş olunan bu ekran əsəri Osmanlı ordusunun 1915-ci ildə Çanaqqala savaşındakı zəfərindən bəhs edir. Türkiyəli rejissor və ssenarist Özhan Ərənin quruluş verdiyi kino Çanaqqala savaşının 100-cü ildönümü münasibətilə çəkilib.
Qeyd edək ki, istehsalına 20 milyon türk lirəsi sərf edilən "Son məktub" filmində gənc azərbaycanlı aktrisalar Nəsrin Cavadzadə və Mina kimi tanınan Nərmin Hüseynova da iştirak edirlər. N.Cavadzadə baş rolun ifaçısıdır.