Meksikada Türkiyə film mehi

Meksikanın San Miquel de Allende və Quanajuato şəhərlərində reallaşan Quanajuato Beynəlxalq Film Festivalında Türkiyə də iştirak edir.

381516
Meksikada Türkiyə film mehi

  Latın Amerikası ölkələrinin ən mühüm tədbirlərindən biri olan bu festivalın "Türkiyə bölümü"ndə 56 film göstəriləcək.

  17-26 iyul tarixləri arasında reallaşacaq festivalın müsabiqə jüri heyətində aktirsa Melisa Sözen, rejissor Cem Kaya və kinossenarist Esin Küçüktepepınar də olacaq.

  Festivalda Ömər Lütfü Akadın "Gəlin", Metin Erksanın "Susuz yay", Nuri Bilge Ceylanın "Qış yuxusu" və "Bir zamanlar Anadoluda", Semih Kaplanoğlunun "Bal", Reha Erdemin "Jin", Zeki Demirkubuzun "Yeraltı", Yılmaz Erdoğanın "Kelebeğin rüyası", Kaan Müjdecinin "Sivas", Mahmud Fazil Coşkunun "Yozgat blues" və Mahsun Kırmızıgülün "Möcüzə" filmləri nümayiş ediləcək.

  Festivalın Türkiyə bölümündə, eyni zamanda, Osmanlı zamanı bu torpaqlarda çəkilən səssiz qısa filmlərdən ibarət külliyat-video da göstəriləcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr