Yunesko (Unesco) Dünya Mirası Siyahısında 15 maddi varlıq

Hasandağı və Güllüdağın püskürtdüyü lava və küllərin meydana gətirdiyi yumşaq təbəqələrin yağış və küləklə aşınmasından meydana gələn Kapadokya və Göreme Milli Parkı.

334546
Yunesko (Unesco) Dünya Mirası Siyahısında 15 maddi varlıq

 Sivasdaki Divriği Ulu Məscidi. Məsciddə günəşin mövqeyinə görə ortaya çıxan namaz qılan insan silueti və digər kölgələr.

  Roma, Bizans və Osmanlı kimi böyük imparatorluqlara paytaxtlıq edən İstanbul və tarixi məkanları.

  Çorumun Sunqurlu qəsəbəsinin cənub-şərqində yerləşən, Hitit dövlətinin paytaxtı Hattutaş - sənət və memarlıq sahəsində inkişaf etmiş bölgə.

  Dünyanın 8 möcüzəsindən biri Adıyaman sərhədlərində qərar tutan Nemrut Dağı.

  Pamukkale, Hierapolis Milli Parkı və antik dövrdə Likyanın ən böyük inzibati mərkəzi olmuş Fethiyenin Kınık kəndi yaxınlığındakı Ksantos (Xanthos) ilə dini mərkəz mövqeyində olan Letoon.

  Ənənəvi şəhərsalma və taxta evlərilə monumental şəbəkə yaratmış nadir şəhərlərdən biri Safranbolu.

  Dünyanın ən məşhur antik şəhərlərdən biri olan Truva.

  İstanbulun fəthindən əvvəl Osmanlı İmperatorluğunun paytaxtı olmuş Edirnenin ən əhəmiyyətli monumental əsəri, şəhəri taclandırılan Selimiye Camisi və kompleksi.

  İnsanlığın inkişafında əhəmiyyətli bir mərhələ, ictimai həyata keçid, əkinçiliyin başlanğıcı və ovçuluq dövrünə şahidlik edən Konyanın Çatalhöyükü.

  Ellinizm, Roma və Osmanlı dövrlərinə aid Bergama çoxlaylı landşaftı.

  Erkən dövr Osmanlı şəhərinə müstəsna bir nümunə olan, şəhərləşmə modeli sayılan, Osmanlı-Türk şəhər örnəyi olan "Bursa və Cumalıkızık: Osmanlı İmperatorluğunun Şərqi" dünya miras sahəsi.

  Diyarbakırın simvolu - üzərindəki kitabələr və qabartma fiqurlarla tarixin izlərini əks etdirən, uzunluğu təxminən 5700, yüksəkliyi 12, eni 4 metr olan divarları ilə xüsusi funksiyasını min illərdir qoruyan Hevsel Bağları.

  Quruluşu Neolit Dövrünə (cilalanmış Daş Dövrü) qədər uzanan İzmirin Selcuk diyarındakı Efes antik şəhəri.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr