Bir dollar rəsmi ağlasığmaz qiymətə
Amerikalı rəssam Endi Varholun (Andy Warhol) dollar şəkillərindən ən məşhuru Londondakı hərracda 32 milyon 400 min dollara satılıb.
329784
Dünyanın hər yanından həvəskar seyrçilərin telefonla qatıldığı hərrac evinin bu günə qədərki ən yüksək qiymətli müasir sənət əsəri isə xəyal qırıqlığı yaşadıb. Belə ki, XX əsrin ən böyük ingilis rəssamı sayılan Fransis Beykin (Francis Bacon) ən az 35 milyona satılması güman edilən "Papa" tablosu satılamayıb.