Bu il Türkiyədə turizm gəliri 36 milyard dollar olacaq

Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) sədri Başaran Ulusoy bu il turizm gəlirinin 36 milyard dollar olacağını təxmin etdiklərini bildirib.

324520
Bu il Türkiyədə turizm gəliri 36 milyard dollar olacaq

  Ulusoy turlarda Kemer başda olmaqla Belek, Side, Alanya, Marmaris, Bodrum və Bulağın üztünlük etdiyini və erkən rezervasiya kampaniyalarını yaxından təqib edərək uyğun qiymət paketlərini satın aldığını söyləyib.

  Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı Dünya Turizm Təşkilatının 2014-cü il hesabatına əsasən, Türkiyə xarici turist sayına görə dünyada 6-cı, turizm gəlirlərinə görə isə 12-ci sırada yer alır. Yəni, Mədəniyyət və Turizm Nazirliyinin keçən ilki məlumatlarına görə desək, Türkiyəyə səfər edənlərin sayı keçən il 41 milyon 415 min 70, turizm gəliri isə 34 milyard 305 milyon 903 min dollar olub.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr