''Əsrlik Dadlar və Sənətlər Sərgisi''

İstanbul Sultanəhməd meydanında Ramazan ayı münasibətilə təşkil edilən ''Əsrlik Dadlar və Sənətlər Sərgisi'' yerli və əcnəbi ziyarətçilərin böyük marağına səbəb olub.

315363

Uzaq keçmişə söykənən ləzzətlərin və peşələrin sərgiləndiyi mərasim iftarını tarixi meydanda etmək istəyənlərin də axın yerinə çevrilib.
Tarixi meydandakı sərgi ǝbru, çini, xalça toxuma kimi tarixi çox qədimlərə söykənən peşələrə aid stendlərlə bəzədilib. İftar saatının yaxınlaşması ilə tarixi meydanda qurulan masalar insanların evlərindən gətirdikləri bir-birindən ləzzətli yeməklərlə bəzədilir. Azan səsi ilə birlikdə meydandakılar oruclarını birlikdə açırlar.
İftarın ardından isə ziyarətçilərə ənənəvi Osmanlı şərbəti təqdim olunur. Sərgi əcnəbi turistlərin daha çox diqqətini cəlb edir.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr