Malala Yusufzainin həyatı film mövzusu olub

Nobel sülh mükafatının sahibi pakistanlı Malala Yusufzainin həyatı film mövzusu olub.

311757
Malala Yusufzainin həyatı film mövzusu olub

Nobel sülh mükafatının sahibi pakistanlı Malala Yusufzainin həyatı film mövzusu olub.
Oscar mükafatlı prodüser Davis Guggenheim tərəfindən çəkilən sənədli filmin anonsu yayımlanıb. "Adımı Malala qoydu" adlı sənədli filmdə Taliban təşkilatı tərəfindən başından vurulduqdan sonra sağlamlığına qovuşan Malala Yusufzainin həyatı və hadisədən sonra yaşadıqları təsvir edilir. Gənc yaşından özünü təhsil və qadın hüquqları məsələlərinə həsr edən Malala Yusufzai ölkəsində simvolik olaraq bu adla tanınır. Sənədli film oktyabrın 2-də yayımlanacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr