550 milyon lirallıq "Le Pharaon" gəmisi Marmarisdə

Səudiyyə Ərəbistanının bir neft və maliyyə şirkətinə məxsus olan "Le Pharaon" (Firon) meqa lüks gəmi Marmarisə gəlib.

302337
550 milyon lirallıq "Le Pharaon" gəmisi Marmarisdə

  Limanlara sığmayan bu gəmi lövbərini Marmaris körfəzinə atıb.

  60 metr uzunluğunda olan "Le Pharaon" (Firon) gəmisi turistlərin böyük marağını çəkib. Tur gəmiləri qonaqlarının daha yaxından görə bilmələri üçün lüks gəminin yanından keçiblər.

  Niderland (Holandiya) Kral Tərsanəsində (gəmiqayırma zavodunda) 1989-ci ildə inşa edilən Panama bayraqlı gəmi 2003-cü ildə yenilənib.

  İlin müəyyən dövrlərində kirayəyə verilən 12 imarət həcmli "Le Pharaon" gəmisində üzmə hovuzları, fəvvarələr, yemək və iclas salonları, kabinetlər va s. var.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr