Con Lennonun itirdiyi sevimli qitarası hərracda satılacaq

Əfsanəvi müğənni Con Lennonun 1962-ci ildə itirdiyi sevimli qitarası hərracda satılacaq.

294353
Con Lennonun itirdiyi sevimli qitarası hərracda satılacaq

 

Mütəxəssislərin fikrincə, bu tarixdə satılacaq ən bahalı qitara ola bilər. Gibson firmasının akustik qitarası 2013-cü ildə «second hand» mağazaların birindən alınıb.

Qeyd edək ki, qitara Bitlzın Londondakı konsertindən sonra itib. Expertlər şəkil və kinokardlara əsasən, onun həqiqliyini təsdiqləyiblər. Qitaranın 600-800 min dollar dəyərində olduğu bildirilir. Hərac evinin sahibinin sözlərinə görə, qitara indiyədək olan rekordları təzələyə bilər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr