Havada yatır, 7 ay heç dayanmadan uca bilir

Bu maraqlı rekord Əbabil quşlarına aiddir.

300427
Havada yatır, 7 ay heç dayanmadan uca bilir

  Qurani-Kərimdə adı keçən bu quşların şərəfinə onların Avropa üzrə ən çox yaşadığı Antaliyanın turistik mərkəzi Adrasanda şənlik təşkil edilib.

  Quranda yazılır ki, Həzrəti Məhəmmədin doğulduğu il Kəbəni yıxmağa gələn Əbrəhənin böyük fil ordusu Əbabil quşlarının havadan atdıqları daşlar hesabına yerlə bir olub.

  Qışı Afrikada keçirən, baharla birlikdə Türkiyəyə gələn bu quşların adı qədimdən bəri mahnı və şeirlərə də mövzu olaraq söylənilib.

  Ömrü uçmaqla keçən və yalnız törəmək üçün yerə enən Əbabil quşlarının Türkiyədə endiyi yer Adrasan yaxınındakı Pırasalı adasıdır ki, Kumluca Bələdiyyəsi şənlik əsasən bu adada idi.

  Əbabil quşlarının ən yaxşı müşahidə günündə 30 gəmi Rırasalı adasına doğru üzdü. Bu quşlar qonaqlarını hər zamanki kimi havada qarşılayıb, akrobatik hərəkətlərilə izləyənlərini ovsunladı.

  Tədbirin məqsədi Əbabil quşlarını dünyaya tanıtmaq idi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr