Beynəlxalq Muğam Mərkəzində "Sabir poeziya günləri" keçirilir

Tədbirdə muğam və mahnılar da səsləndirilib

298958
Beynəlxalq Muğam Mərkəzində "Sabir poeziya günləri" keçirilir

Mayın 30-da azərbaycan Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə “Sabir poeziya günləri”nin açılışı olub. Tədbirdə qiraət ustaları M.Ə.Sabirin şeirlərini əzbər söyləyiblər, xanəndələrin ifasında isə muğam və mahnılar səsləndirilib. Tədbir mayın 31-də şairin doğulduğu Şamaxıda davam edəcək. Şəhərdəki Mədəniyyət Mərkəzində rəngarəng proqram təqdim olunacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr