İnformasiya sahəsində yeni bir dünya markası

“TRT World” test yayımına başlayıb.

280150
İnformasiya sahəsində yeni bir dünya markası

Kanal, Vaşinqton, London və Kuala Lumpur kimi paytaxtlarda qurulan studiyalardan canlı yayımlanacaq
“TRT World” test yayımına başlayıb. Baş nazir müavini Yalçın Akdoğanın qatıldığı tədbirdə kanalın fəaliyyəti və istiqaməti barədə danışılıb. Akdoğan, “TRT World, Türkiyənin mesajını dünyaya çatdıracaq” deyə bildirib.
TRT “World”in, yayımının təməlinin insaniyyət olacağını vurğulayan Yalçın Akdoğan, "Qəzzada üzərinə bomba yağdırılan uşaq insandır. Suriyada qətlə yetirilənlər insandır. Misirdə çevriliş ilə vəzifəsindən uzaqlaşdırılan millətin seçilmiş siyasətçiləri, prezident insandır. TRT “World” daima insaniyyəti xatırladacaq" deyə vurğulayıb.
TRT World, beynəlxalq xəbər kanallarıyla rəqabətə girəcək.
Kanal, Vaşinqton, London və Kuala Lumpur kimi paytaxtlarda qurulan studiyalardan canlı yayımlanacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr