Blüzün kralı vəfat edib

Əfsanəvi musiqiçi son zamanlara qədər ildə ən az 100 konsert verirdi.

276017
Blüzün kralı vəfat edib

Əfsanəvi musiqiçi son zamanlara qədər ildə ən az 100 konsert verirdi.
Əfsanəvi blüz ifaçısı Bi Bi Kinq 89 yaşında vəfat edib. Amerikalı gitaraçının vəkili Bi Bi Kinqin Las Vegasdakı evində yatarkən öldüyünü bildirib. 1940-cı ildə performans sərgiləməyə başlayan Bi Bi Kinq, son zamanlara qədər ildə ən az 100 konsert verirdi. Amerikalı musiqiçi daha öncə diabet ilə əlaqəli vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya yerlǝşdirilmişdi.
“Lucille”, “Sweet Black Angel” və “Rock Me Baby” kimi bir çox mahnısıyla tanınan BB Kinq, musiqi həyatında 15 dəfə “Grammy” mükafatı qazanıb, milyonlarca albomları satılıb. 2011-ci ildə “Rolling Stone” jurnalının tərtib etdiyi bütün zamanların ən böyük 100 gitaristi sıralamasında 6-cı yerdə olan Kinq, 2003-cü ild, eyni siyahıda 3-cü sırada olub. Eric Clapton kimi Blüzün əfsanəvi adlarına də məktəb olan Bi Bi Kinq, gitarasıyla milyonlarla insanın ürəyini fəth etmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr