Türkiyǝ ilǝ Azǝrbaycan universitetlǝri arasında dostluq vǝ qarda

Türkiyǝnin Kahramanmaraş Südçü İmam Universiteti ilə Azərbaycan Universiteti arasında dostluq və qardaşlıq ili elan edilib.

262041
Türkiyǝ ilǝ Azǝrbaycan universitetlǝri arasında dostluq vǝ qarda

Türkiyǝnin Kahramanmaraş Südçü İmam Universiteti ilə Azərbaycan Universiteti arasında dostluq və qardaşlıq ili elan edilib.
Dünya Azərbaycan Mədəniyyət Mərkəzi, Kahramanmaraş Südçü İmam Universiteti Rektoru Professor Doktor Durmuş Devecini, iki ölkə və universiteti arasındakı dostluq və əməkdaşlıq xatirəsinə, Heydər Əliyev “Əbədi Lider” qızıl döş nişanı ilə təltif edib. Mərasimdə danışan rektor Deveci, “Mükafata layiq görüldüyüm üçün qardaşlarımıza təşəkkür edirəm, bu nişanı universitetlərdə iş yoldaşlarım, daha da əhəmiyyətlisi Kahramanmaraş adından qəbul etməkdən qürur duyuram” deyə bildirib.
Tədbirdə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova da çıxış edərək “Heydər Əliyev üçün Azərbaycan Türkiyə əlaqələri, hər hansı bir iki dövlət arsındakı əlaqə deyildir. Çox daha fərqli, dünyada bənzəri olmayan əlaqələrdir. Heydər Əliyev bir Türkiyə sevdalısıydı” deyə bildirib. İki ölkənin himnlərinin səsləndiyi mükafat mərasimi musiqi ifalarıyla başa çatıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr