Türkiyənin turizm xəritəsi

Tarix boyu özündə bir çox mədəniyyətləri qoruyub-saxlayan Anadolu torpaqları zəngin irsi, rəngarəng ənənələri və təbii gözəlliklərilə dünyanın hər yerindən olan turistləri özünə cəlb etməkdədir.

262410
Türkiyənin turizm xəritəsi

  Üç böyük imperatorluğa paytaxtlıq etmiş, dünyanın ən qədim şəhərlərindən biri olan İstanbul tarixi, maddi-mənəvi varlıqları və dəniz boğazıyla Türkiyənin turizm mərkəzlərinin başında gəlir.

  Osmanlı paytaxtı Bursa və Qurani-Kərimdəki cənnət təsvirinə uyğun gələn yer təxmin edilən Kocaelinin Kartepe mahalı isə xüsusən ərəblərin maraq dairəsindədir.

  Cənub-Şərqi Anadolu bölgəsi qonşu ölkələrdən gələn turistlərə özünü mədəniyyət və inanc turizminin mərkəzi kimi göstərir.

  Tarixi və mədəni varlıqlarını bənzərsiz təbiətilə birləşdirən Qara dəniz avropalılar və amerikalılarlan yanaşı körfəz ölkələrinin də çox maraq göstərdiyi məkandır.

  Türkiyənin "bəyaz cənnəti" sayılan Pamukkale daha çox rusların, YUNESKO-nun Dünya Mədəniyyət Mirası siyahısına düşən Safranbolu isə tayvanlıların ən çox istirahətə gəldiyi turizm bölgələri arasında yer alır.

  Türkiyəyə gələn turist sayında ilk sıralarda almanlar və ruslar yer alır.

  Məşhur çimərliklərdən başqa, Kapadokya ilə Nevşehir, Zeugma ilə Gaziantep, Kızkalesi ilə Mersin, Selimiye məscidi ilə Edirne avropalı turistlərin əsas maraq göstərdiyi yerlərdir.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr