"Nabat" filmi İranda uğur qazandı

“Azərbaycanfilm” kinostudiyasında lentə alınmış film “Ən yaxşı rejissor” mükafatına layiq görülüb

260893
"Nabat" filmi İranda uğur qazandı

“Nabat” bədii filmi İranda keçirilən 33-cü Fəcr Beynəlxalq Film Festivalının “East Panorama” müsabiqə proqramında “Ən yaxşı rejissor” mükafatına layiq görülüb. Mükafatların təqdimolunma mərasimində filmin yaradıcı heyəti də iştirak edib. “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğludur. Bədii filmin baş rollarını Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov ifa edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr